Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
Türkiyənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, çap mediası və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını geniş şəkildə işıqlandırıb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkənin media orqanları çoxmilyonlu auditoriyanı Azərbaycan liderinin əhatə etdiyi geniş mövzular spektri, o cümlədən Azərbaycan-Türkiyə münasibətləri, Cənubi Qafqazdakı proseslər, nəqliyyat layihələri və digər mövzular barədə məlumatlandırıblar.
Prezident İlham Əliyevin Bakı ilə Ankara arasında beynəlxalq müstəvidə nümunəvi səviyyəyə yüksəlmiş münasibətlərin möhkəmliyi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Media orqanlarının əksəriyyəti dövlətimizin başçısının Türkiyə və Azərbaycan xalqlarının yaxınlığına dair qiymətləndirmələrini başlıqlara çıxarıb.
Məqalələrdə Azərbaycan liderinin çıxışından çoxsaylı fikirlər yer alıb.
Prezident İlham Əliyevin Ankara ilə Bakı arasındakı müttəfiqlik münasibətlərinin əhəmiyyəti, Şuşa Bəyannaməsinin rolu, Orta Dəhlizin artan əhəmiyyəti və dezinformasiya axınına qarşı fəal şəkildə mübarizə aparmaq zərurəti barədə fikirləri sitat gətirilir.
Dünyanın onlarla xəbər agentliyinin və digər media qurumlarının nümayəndələrinin qatıldığı IV Şuşa Qlobal Media Forumunun uğurlu təşkilinə xüsusi diqqət yetirilir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
-
İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini və döyüşçüsünü zərərsizləşdirib
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA













