Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
Far.Az xəbər saytı

Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib


Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü ilə bağlı sədr sədr Fərhad Abdullayevin iştirakı ilə tədbir keçirilib.

Bu barədə "Report"a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, Konstitusiya Məhkəməsində keçirilən tədbirdə sədr Fərhad Abdullayev çıxış edərək, Məhkəmənin ötən dövr ərzində keçdiyi inkişaf yolundan, ölkədə konstitusiya ədalət mühakiməsinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Sədr Konstitusiya Məhkəməsinin Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, hüququn aliliyinin möhkəmləndirilməsi və konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində önəmini qeyd edib.

Çıxışda vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl hüquqi islahatlar məhkəmə-hüquq sisteminin müasir çağırışlara uyğun inkişafına, hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə və konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.

Tədbirdə Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin inkişafı, müxtəlif ölkələrin konstitusiya məhkəmələri və nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı, eləcə də konstitusiya hüququ sahəsində qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində görülən işlərdən də bəhs olunub.

Daha sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə ixtisas dərəcələri verilmiş Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşlarına müvafiq vəsiqələr təqdim edilib.

Sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, bu ali etimadın onların bundan sonrakı fəaliyyətində dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə böyük məsuliyyət və fədakarlıqla çalışmaları üçün mühüm stimul olduğunu bildirib.

Tədbirin sonunda "Süni intellekt əsaslı rəqəmsal Konstitusiya Məhkəməsi sistemi" adlı təqdimat keçirilib. Təqdimatda süni intellekt texnologiyalarının Konstitusiya Məhkəməsinin iş prosesində tətbiqi imkanları, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məlumatlara operativ çıxışın təmin edilməsi, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və konstitusiya ədalət mühakiməsi sahəsində proseslərin sürətləndirilməsi barədə ətraflı məlumat verilib. Sistemin əsas funksiyaları nümayiş etdirilərək, rəqəmsal texnologiyaların və süni intellekt həllərinin gələcəkdə Konstitusiya Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasında, qərarların təhlili və hüquqi araşdırmaların daha çevik aparılmasında mühüm rol oynayacağı vurğulanıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər