Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Far.Az xəbər saytı

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI


Samux rayonunda anasını bıçaqlayan şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Far.Az-in oxu.az-a istinadən verdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində 2005-ci il təvəllüdlü Raul Ələkbərova hökm oxunub. Məhkəmənin hökmü ilə R.Ələkbərov 1 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Samux rayonunun Əhmədbəyli kəndində baş verib. 2005-ci il təvəllüdlü Raul Ələkbərov evlərində olarkən anası Elnurə Ələkbərovanın telefonuna mesaj gəlib. O, SMS-i oxuyarkən görüb ki, dostu Royal anasına "narahat olma, heç kimə demərəm" yazıb. O, anasının Royala yazışmasındakı əvvəlki mesajların silinməsindən şübhələnib və Royalla görüşüb. Royal anasının ondan 300 manat istədiyini bildirib.

Raul evə gələrək saat 5 radələrində anasını mətbəxə çağırıb və ondan Royalla yazışmasının səbəbini soruşub. Anası ona Royaldan pul aldığını desə də, Raul ona inanmayıb və o, anasını döyüb. Daha sonra Raul anasını həyətə aparaq orada ona mətbəx bıçağı ilə 10 zərbə vurub. Qadının səsinə onun həyat yoldaşı gəlib və Rauldan bıçağı alıb.

Qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisə yerinə polis əməkdaşları gəliblər, Raul saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər