Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir
Far.Az xəbər saytı

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir


Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

"Far.Az"un məlumatına görə, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üzə gələcək.

1/8 finalda Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakov, Ali Tsokayev (92 kq) isə Domantas Pauliuşenko (Litva)/Redjep Haydari (Şimali Makedoniya) cütünün qalibi ilə güləşəcək.

Bundan əlavə Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda macarıstanlı Vladislav Baytsayevlə münasibətlərə aydınlıq gətirəcək.

Arseniy Djioyev (86 kq) isə ABŞ-dən olan Kayl Deyklə qızıl medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər

Giorgi Meşvildişvili dünya çempionatında bürünc medal uğrunda yarışacaq - Yenilənib-2
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb, Həsrət Cəfərov yarımfinalda uduzub - Yenilənib-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər