Qızıl medal qazanan güləşçi: "Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum"
Far.Az xəbər saytı

Qızıl medal qazanan güləşçi: "Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum"


Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum. Hazırda Avropa və dünya çempionuyam. İnanıram ki, növbəti yarışlarda da uğurlarımın davamını gətirəcəyəm.

“Report” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) deyib.

İdmançı yarışdan əvvəl səhhətində problem yaşadığını bildirib:

"Yarış mənim üçün həqiqətən çox çətin keçdi. Buna görə də birinci olmaq ümidim yox idi. Lakin məşqçilərimin və federasiyanın dəstəyi sayəsində qızıl medala sahib oldum".

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 85 xal toplamaqla komanda hesabında birinci olub.

Ü.Qənizadə bundan əvvəl 2023-ci ilin aprelində İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa birinciliyində qızıl medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB-2
Dünya çempionu: "Zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik"
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dünya çempionatında qızıl medal alan Azərbaycan güləşçiləri Vətənə qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər