Luis de la Fuente: "Fransanın qarşısında dünyanın ən yaxşı komandası var idi"
Far.Az xəbər saytı

Luis de la Fuente: "Fransanın qarşısında dünyanın ən yaxşı komandası var idi"


Fransa millisinin qarşısında dünyanın ən yaxşı komandası yer alıb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente Fransaya qarşı DÇ-2026-nın yarımfinal mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis millinin böyük uğra imza atdığını bildirib:

"Dörd ilə yaxın əvvəl bir düşüncə ilə yola çıxdıq və bu müddət ərzində həmin düşüncələrə sadiq qaldıq. Məhz bu yanaşma bizi uğura gətirib çıxardı. Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Ancaq onların qarşısında dünyanın ən yaxşı komandası var idi. Fərq də məhz bundadır.

Futbolçularımız hər cür tərifə layiqdirlər. Onlar hər gün öz fədakarlıqlarını, həmrəyliyini və istedadlarını nümayiş etdirirlər. Ən çətin görünən işləri belə asanlıqla həyata keçirirlər".

Qeyd edək ki, İspaniya Fransa seçməsinə 2:0 hesabı ilə qalib gələrək finala adlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Luis de la Fuente: Fransanı məğlub etmək gücündə olduğumuza inanırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər