Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Far.Az xəbər saytı

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər


Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib.

"Far.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şousu izləyiblər.

Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, "Nirvana" və "Rammstein" qruplarının, həmçinin digər sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə təqdim edib.

Qeyd edək ki, D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Təhsilini bitirdikdən indiyədək Devid Qarrett Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi dirijorlarla çalışır.

Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik "ICONIC" albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb. Albom, eyni zamanda, "Golden Record" və "İlin bestselleri" nominasiyalarında "Opus-Klassik 2023" mükafatlarına layiq görülüb. Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər