Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
Far.Az xəbər saytı

Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq


Fransa millisinin baş məşqçi postuna 2026-cı il dünya çempionatından sonra Zinəddin Zidan təyin olunacaq.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, hazırkı baş məşqçi Didye Deşam mundial başa çatdıqdan sonra vəzifəsindən ayrılacaq.

Fransa millisi dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olub. Komanda turnirdə üçüncü yer uğrunda oyunda iştirak edəcək.

Qeyd edək ki, Zinəddin Zidan sonuncu dəfə İspaniyanın "Real" klubunu çalışdırıb. O, Madrid təmsilçisinə 2016–2018 və 2019–2021-ci illərdə rəhbərlik edib. Zidanın baş məşqçiliyi dövründə "Kral klubu" üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının və iki dəfə İspaniya Superkubokunun qalibi olub.

Oxşar xəbərlər

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər