"Xalq Bank"ın xalis mənfəəti 2 dəfə azalıb
"Xalq Bank" ASC bu ilin I yarısını 13,489 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 49,3 % və yaxud təxminən 2 dəfə azdır.
Yanvar-iyun aylarında "Xalq Bank"ın əməliyyat gəlirləri 121,06 milyon manat (illik müqayisədə 5,4 % az), əməliyyat xərcləri 99,728 milyon manat (17,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 800 min manat (89 % az), mənfəət vergisi ödəmələri isə 7,044 milyon manat (23,6 % az) təşkil edib.
Bu il iyulun 1-nə "Xalq Bank"ın aktivləri 2 832,274 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7 % azdır. Bunun 1 730,275 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,7 % kiçilib.
Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 20,6 % azalaraq 2 308,694 milyon manat, o cümlədən depozit portfeli 7,3 % azalaraq 1 700,781 milyon manat, balans kapitalı isə 1,9 % azalaraq 523,78 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,5 % artaraq 446,6 milyon manat olub.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Bank VTB Azərbaycan"ın depozit portfeli 11 %-ə yaxın azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"AFB Bank"ın xalis mənfəəti 7 % azalıb
"Bank VTB Azərbaycan"ın depozit portfeli 15 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi
-
Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib













