Türkiyə səfiri dövlət çevrilişi cəhdini ilk andan qınayan Prezident İlham Əliyevə minnətdarlığını bildirib
Far.Az xəbər saytı

Türkiyə səfiri dövlət çevrilişi cəhdini ilk andan qınayan Prezident İlham Əliyevə minnətdarlığını bildirib


15 iyul 2026-cı ildə baş verən xain addımın məqsədi Türkiyəni xaosa sürükləmək idi.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, FETÖ tərəfindən həyata keçirilən bu cəhdin qarşısı türk xalqı tərəfindən rədaşətlə alınıb.

"Dövlət çevrilişi cəhdini ilk andan etibarən qınayan və Türkiyənin yanında olan Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarıq. Bu prosesdə bir daha "Bir millət, iki dövlət" prinsipi nümayiş etdirildi".

Səfir deyib ki, Türkiyə dövlət və millət birliyi ilə FETÖ terror qruplaşmasına qarşı mübarizəsini hər zaman davam etdirəcək.

Səfir çıxışın yekunda 15 iyul gecəsində həlak olanların xatirəsini əbədi unudulmaycağını deyib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər