Ermənistan və ABŞ arasında TRIPP çərçivə sazişinin ratifikasiyası müzakirəyə çıxarılır
Ermənistan ABŞ ilə birgə həyata keçirilən "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsi üzrə sazişin Konstitusiyaya uyğun olub-olmadığını yoxlamaq niyyətindədir.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası məsələsi hökumətin iyulun 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Hökumət qərarının layihəsi sənəddə nəzərdə tutulan öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğunu müəyyənləşdirmək məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilməsini nəzərdə tutur. Əgər Konstitusiya Məhkəməsi bu öhdəliklərin Konstitusiyaya zidd olmadığını təsdiqləyərsə, hökumətin qanunvericilik təşəbbüsü müəyyən olunmuş prosedur qaydalarına uyğun olaraq parlamentə təqdim ediləcək.
Xarici işlər nazirinin müavini Vahan Kostanyan Konstitusiya Məhkəməsində hökumətin rəsmi nümayəndəsi səlahiyyətlərini icra edəcək.
Qanun layihəsinin əsaslandırmasına əsasən, bu sənədin qəbulu Ermənistan və Amerika Birləşmiş Ştatları arasında TRIPP üzrə strateji əməkdaşlıq haqqında Çərçivə sazişinin qüvvəyə minməsi üçün tələb olunan zəruri prosedurları təmin edəcək.
Qeyd edək ki, çərçivə müqaviləsi 2026-cı il iyunun 1-də Vaşinqtonda və iyunun 4-də İrəvanda imzalanıb.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













