DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - YENİLƏNİB-6
Far.Az xəbər saytı

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - YENİLƏNİB-6


Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.

"Far.Az"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar.

85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.

Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda üçüncü qol vurulub.

"Far.Az"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 2:1.

90+2-ci dəqiqədə Lautaro Martines fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci qol vurulub.

"Far.Az"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesaba tarazlıq gətirib - 1:1.

85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk qol vurulub.

"Far.Az"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

55-ci dəqiqədə Entoni Qordon fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk hissə bitib.

"Far.Az"un məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyunu başlayıb.

"Far.Az"un məlumatına görə, yarımfinal mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

Oxşar xəbərlər

DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
DÇ-2026: Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-10

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər