"Gəncə"nin baş məşqçisi Murad Dikmən: "Qələbələrin davamını gətirməliyik"
"Gəncə" basketbol klubu avrokubokda qazandığı qələbənin davamını ölkə çempionatında da gətirmək istəyir.
"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın baş məqşçisi Murad Dikmən FIBA Avropa Kubokunun IV turunda Portuqaliya təmsilçisi "Sportinq"lə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Hər şeydən əvvəl oyuna gələn bütün azarkeşlərə təşəkkür edirəm. Qələbəmizdə pay sahibidirlər. Zəfərimizi Gəncəyə ərmağan edirik. FIBA Avropa Kubokunda ilk mövsümdə ilk qəbəmizi qazandıq. Mənim üçün də çox dəyərlidir. Tarix yazdığımızı düşünürəm. Uğurda əziyyəti olan basketbolçulara, məşqçi və texniki heyətə, klub rəhbərliyinə təbriklərimi çatdırıram. Oyunun çətin keçəcəyini bilirdik".
Türkiyəli mütəxəssis bu matça itkilərlə çıxdıqlarını bildirib:
"Heyətimizdə zədəlilər də vardı. Üstəlik kapitan Carvis Qarretin də zədəsi mövcuddur, iki gün məşqlərə çıxmadı, amma fədakarlıq göstərib bu gün oynadı. Dar rotasiyada, yerli basketbolçuların da göstərdikləri oyunla yaxşı mübarizə apardığımızı düşünürəm. Təslim olmadıq. Matçın əvvəlini çıxmaq şərtilə bütün oyuna nəzarət bizim əlimzdə idi. Həm hücumda, həm də müdafiədə inamla çıxış etdik. Görüşün sonu həyacanlı olsa da, nəticə xeyrimizə oldu. Bunun davamını Avropa Kubokunda və liqada gətirməliyik".
Qeyd edək ki, "Gəncə" - "Sportinq" qarşılaşması Azərbaycan klubunun 69:67 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Gəncə"nin baş məşqçisi Murad Dikmen: "Qələbələrin davamını gətirməliyik"
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb













