Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Far.Az xəbər saytı

Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı


Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi təqdim edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim olunacaq.

Sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən, ali və ya orta ixtisas təhsilli təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşəyə yararlılığını obyektiv qiymətləndirməkdir. Proses, həmçinin məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına xidmət edir.

Qiymətləndirmə çərçivəsi dörd əsas istiqaməti əhatə edir:

Məzmun və metodika:

Erkən uşaqlıq dövrü və məktəbəqədər təhsil üzrə pedaqoji, psixoloji biliklərə və metodiki bacarıqlara malik olmaq;

Müəllimyönümlü və uşaqyönümlü yanaşmaları fərqləndirmək, uşaqyönümlü təlimə üstünlük vermək;

Təlim prosesini idarə etmək, qiymətləndirmək və proqnozlaşdırmaq.

Təhlükəsizlik:

Uşaqların sağlamlığının qorunmasını, gigiyena qaydalarına əməl olunmasını və ilkin tibbi yardımın göstərilməsini təmin etmək;

Yanğın, zəlzələ, terror aktı və digər təhlükəli vəziyyətlər zamanı müvafiq tədbirlər görmək;

Uşaqları zorakılıq və sosial qısnama hallarından qorumaq;

Məlumat təhlükəsizliyini və məxfiliyi təmin etmək.

Pedaqoji etika və əməkdaşlıq:

Pedaqoji kollektivlə qarşılıqlı əməkdaşlıq qurmaq;

Valideynlərlə konstruktiv ünsiyyət saxlamaq;

Etik davranış qaydalarına riayət etmək;

Öz hüquqlarını bilmək və qanuni yollarla müdafiə etmək.

Özünüinkişaf:

Metodik işin təşkilini həyata keçirmək;

Özünütəhlil, tədqiqatçılıq və özünütəhsil bacarıqlarına malik olmaq;

Özünüidarə və özünübərpa, o cümlədən stresə davamlılıq bacarıqlarını inkişaf etdirmək və tətbiq etmək.

Agentliyin məlumatına görə, çərçivə sənədi təhsilverənlərin peşə keyfiyyətlərinin vahid meyarlar əsasında qiymətləndirilməsinə və bu sahədə obyektiv məlumat bazasının formalaşdırılmasına imkan verəcək.

Oxşar xəbərlər

II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər