Mahir Emreli legioner həyatı yaşadığı müddətdə karyerasının ən yaxşı göstəricisini təkrarlayıb - ARAŞDIRMA
Azərbaycan millisinin futbolçusu Mahir Emreli legioner həyatı yaşadığı müddətdə karyerasının ən yaxşı göstəricisini təkrarlayıb.
"Far.Az"un məlumatına görə, "Nürnberq" klubunda çıxış edən hücumçu buna "Hoffenhaym"a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənməklə nail olub.
Beləliklə, forvard yalnız yerli turnirlər nəzərə alınmaqla meydana çıxdığı son üç qarşılaşmanın hər birində rəqib qapısına yol tapıb. Emreli II Bundesliqada "Qroyter Fyurt"a qalib gəldikləri oyunda (20 oktyabr, 4:0) hesabı açıb, bundan beş gün sonra "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.
O, 2021-ci ildə Polşanın "Legiya" klubunun heyətində də bunu bacarıb. Hücumçu həmin vaxt Ekstraklasanın VIII turunda "Qurnik"ə (19 sentyabr, 3:1) qalib gəldikləri, ölkə kubokunda "Suvalki"ni (22 sentyabr, 3:1) məğlub etdikləri və IX turda "Rakuv"a uduzduqları (30 sentyabr, 2:3) matçda adını tabloya yazdırıb.
Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Mahir Emreli: "Uzunmüddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi"
Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













