Jurnalist müsabiqəsində bəyənmə, şərh və paylaşım sayı da nəzərə alınacaq
Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus və idarə etdikləri rəqəmsal hesablarda paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək.
BAKU.WS xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.
O bildirib ki, müsabiqə çərçivəsində maraqlı, ictimai əhəmiyyətli və jurnalistika standartlarına uyğun hazırlanmış materialların təqdim olunması gözlənilir.
Natiq Məmmədlinin sözlərinə görə, yeniliyə əsasən, jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında yerləşdirdiyi paylaşımlar da qiymətləndirmə prosesinə daxil ediləcək.
O qeyd edib ki, burada əsas göstərici qarşılıqlı əlaqə sayıdır. Bu zaman paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım (share) və saxlamaların (save) ümumi sayı hesablanacaq.
Şöbə müdiri vurğulayıb ki, bu yanaşma həm materialın peşəkar keyfiyyətini, həm də onun auditoriyaya çatdırılmasını və rəqəmsal müstəvidə yaratdığı təsiri nəzərə almağa imkan verəcək
Oxşar xəbərlər
Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













