Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb
Far.Az xəbər saytı

Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb


İyulun 15-də saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib:

"Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.

Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.

Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15 iyul tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib".

***10:34

Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib.

BAKU.WS Shimal.News-a istinadən xəbər verir ki, 1 övladı olan və 5 aylıq hamilə gənc qadın dünyasını dəyişib. İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlayıb. Rəsmi mövqe təqdim olunduğu təqdirdə məlumat yenilənəcək.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli məktəbi və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər