SOCAR istehsalatda süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək - EKSKLÜZİV
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istehsalat müəssisələrində süni intellekt və Sənaye 4.0 texnologiyalarının tətbiqini genişləndirməyi planlaşdırır.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
"Məqsəd enerji səmərəliliyinin artırılması, sənaye təhlükəsizliyinin gücləndirilməsi, ekoloji göstəricilərin yaxşılaşdırılması və məlumat əsaslı idarəetmə modelinin daha da inkişaf etdirilməsidir. Bu təşəbbüslər vasitəsilə SOCAR regionun ən qabaqcıl rəqəmsal enerji şirkətlərindən biri kimi mövqeyini daha da gücləndirməyi və müasir texnologiyalar vasitəsilə bütün maraqlı tərəflər üçün davamlı dəyər yaratmağı hədəfləyir", - məlumatda qeyd olunub.
Korporativ strategiyanın əsas prioritetlərindən biri
Bildirilir ki, rəqəmsal transformasiya SOCAR-ın korporativ strategiyasının əsas prioritetlərindən biridir:
"Son illərdə SOCAR istehsalatın rəqəmsallaşdırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi və məlumat əsaslı qərarvermənin inkişafı istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu layihələr sırasında əməliyyat səmərəliliyinin artırılması, sənaye təhlükəsizliyinin gücləndirilməsi, məlumat əsaslı idarəetmənin inkişafı və korporativ proseslərin rəqəmsallaşdırılmasına yönəlmiş bir sıra strateji təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. SOCAR-da əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi istiqamətində iş icazələrinin, təhlükəsizlik hadisələrinin və risklərin vahid rəqəmsal mühitdə idarə olunmasını təmin edən yeni həllin tətbiq edilməsi qərarvermənin operativliyinin artırılmasına və təhlükəsizlik proseslərinin daha effektiv təşkilinə imkan yaradır".
Qeyd olunub ki, neft və qaz hasilatı proseslərinin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar məlumatların operativ emalına, hesabatlılığın təkmilləşdirilməsinə və qərarvermədə səmərəliliyin artırılmasına töhfə verir:
"Korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində müasir "İnsan resursları idarəetməsi" sistemi tətbiq edilməklə insan resurslarının idarə olunması üzrə mövcud rəqəmsal imkanlar genişləndirilib və proseslərin vahid platforma üzərindən daha səmərəli idarə olunması təmin edilib. İnformasiya texnologiyaları xidmətlərinin daha səmərəli idarə olunması məqsədilə vahid "IT Service Management" (ITSM) həlli tətbiq olunur. Bu yanaşma İT xidmətlərinin vahid standartlar əsasında idarə olunmasına, xidmət keyfiyyətinin artırılmasına və istifadəçi müraciətlərinin daha effektiv idarə edilməsinə imkan yaradır. Hazırda əksər IT xidmətlər vahid platforma üzərindən idarə edilir. Məlumat əsaslı idarəetmənin inkişafı məqsədilə "Korporativ Məlumat Platforması" (Enterprise Data Platform - EDP) üzrə də işlər həyata keçirilir. Platforma müxtəlif informasiya sistemlərində formalaşan məlumatların vahid sistemdə toplanmasını təmin etməklə, vahid etibarlı məlumat mənbəyinin formalaşdırılmasına, məlumatların keyfiyyətinin artırılmasına və analitik qərarvermənin daha da təkmilləşdirilməsinə xidmət edir".
SOCAR-dan bildirilib ki, əməkdaşların gündəlik fəaliyyətlərində süni intellekt texnologiyalarından daha səmərəli istifadə etmələrini təmin etmək məqsədilə "Süni İntellekt Agent Platforması" hazırlanıb:
"Platforma əməkdaşlara öz fəaliyyət istiqamətlərinə uyğun süni intellekt (AI) agentləri yaratmaq və onları gündəlik iş proseslərində tətbiq etmək imkanı yaradır. SOCAR-ın rəqəmsal transformasiya sahəsində əldə etdiyi ən mühüm beynəlxalq nailiyyətlərdən biri SOCAR Karbamid zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" şəbəkəsinə qəbul olunması və "Rəqəmsal mayak" mükafatına layiq görülməsidir. Bununla SOCAR dünyada bu mükafatı üç dəfə qazanan yeganə enerji şirkəti olub. Zavodda tətbiq edilmiş 42 rəqəmsal və süni intellekt əsaslı həll nəticəsində məhsuldarlıq 21 %, təbii qazdan istifadə səmərəliliyi 24 % artıb, karbon emissiyaları 19 %, proses tullantıları 72 %, planlaşdırılmamış dayanma müddəti isə 82 % azalıb".
Qeyd edilib ki, SOCAR-da rəqəmsal transformasiya üzrə həyata keçirilən layihələr istehsalatın, korporativ idarəetmənin və məlumat əsaslı qərarvermənin daha da təkmilləşdirilməsinə, vahid rəqəmsal ekosistemin formalaşdırılmasına və rəqəmsallaşma səviyyəsinin ardıcıl şəkildə artırılmasına mühüm töhfə verir.
Rəqəmsal transformasiyanın inkişaf mərhələsi
Məlumatda vurğulanıb ki, SOCAR Milli Məlumat Mübadiləsi Sistemi ("Digital Bridge") vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) qoşulub və EHİS vasitəsilə dövlət qurumlarının informasiya sistemləri ilə elektron məlumat mübadiləsini həyata keçirir. Bununla yanaşı, dövlət qurumları ilə elektron sənəd mübadiləsinin həyata keçirilməsi məqsədilə Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə inteqrasiya təmin olunub. Bu istiqamətdə işlər davam etdirilir.
SOCAR-dan bildirilib ki, süni intellekt (AI), Böyük Məlumat ("Big Data") analitikası və ağıllı avtomatlaşdırma texnologiyaları şirkətin rəqəmsal transformasiya strategiyasının növbəti inkişaf mərhələsini təşkil edir:
"Yaxın və ortamüddətli dövrdə bu texnologiyaların korporativ idarəetmə, istehsalat prosesləri, analitik qərarvermə və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində tətbiqinin daha da genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşların gündəlik fəaliyyətlərində süni intellekt texnologiyalarından daha geniş istifadəsini təmin etmək məqsədilə "Süni İntellekt Agent Platformasının" tətbiq imkanlarının genişləndirilməsi və yeni istifadə ssenarilərinin inkişaf etdirilməsi planlaşdırılır. EDP üzrə işlərin növbəti mərhələsində digər korporativ informasiya sistemlərinin platformaya inteqrasiyası davam etdiriləcək. Bu, məlumatların vahid platformada konsolidasiyasını təmin etməklə analitik imkanların genişləndirilməsinə, Süni İntellekt həllərinin daha effektiv tətbiqinə və məlumat əsaslı qərarvermənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Rəqəmsal keçid: Azərbaycan iqtisadiyyatının yeni dayaqları formalaşır - TƏHLİL
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı













