"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-5
Far.Az xəbər saytı

"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-5


"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Far.Az"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Torpedo" komandasının qonağı olub.

Kutaisidəki "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.

Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən "Zirə" II təsnifat mərhələsinə vəsiqə qazanıb. "Qartallar" bu raundda Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 3:0.

Eren Aydın 70-ci dəqiqədə dubl müəllifi olub.

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 2:0.

25-ci dəqiqədə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 2:0.

39-cu dəqiqədə Amin Seydiyev fərqlənib. Hazırda ilk hissə başa çatıb.

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

"Far.Az"un məlumatına görə, qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.

25-ci dəqiqədə Eren Aydın fərqlənib.

Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında təşkil olunan UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Far.Az"un məlumatına görə, qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da keçirilir.

Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapraydır.

Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.

Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo" ilə oyunda üçüncü qolu vurub - YENİLƏNİB-4
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər