UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın etdi
Far.Az xəbər saytı

UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın etdi


UEFA Konfrans Liqasında səfərdə "Torpedo Kutaisi"nin qonağı olan "Zirə" uğurlu nəticəyə imza atıb.

BAKU.WS xəbər verir ki, təmsilçimiz rəqibini 0:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük qazanıb.

Görüş boyu rəqibindən daha üstün oyun nümayiş etdirən "Zirə"nin heyətində Eren Aydın xüsusilə fərqlənib. Futbolçunun dublu komandamızın inamlı qələbəsində həlledici rol oynayıb.

Rəqib qapısına üç cavabsız qol vuran "Zirə" matçı quru hesab və qələbə ilə başa çatdırıb.

***21:28

UEFA Konfrans Liqasında səfərdə "Torpedo Kutaisi" ilə qarşılaşan "Zirə" hesab arasındakı fərqi daha da artırıb.

BAKU.WS xəbər verir ki, oyunun 70-ci dəqiqəsində Eren Aydın növbəti dəfə fərqlənərək dubl edib. Bununla da hesab 0:3 olub.

***20:38

UEFA Konfrans Liqasında səfərdə "Torpedo" ilə qarşılaşan "Zirə" üstünlüyünü artırıb.

BAKU.WS xəbər verir ki, matçın gedişatında rəqibi qarşısında üstün oyun nümayiş etdirən təmsilçimiz ikinci qolu vuraraq hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2.

***20:25

UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçimiz "Zirə" Gürcüstanda "Torpedo Kutaisi" komandasına qarşı cavab oyununda hesab açılır.

BAKU.WS xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində Eren Aydın qonaq komandanı hesabda irəli çıxarıb - 0:1.

***20:00

UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçimiz "Zirə" Gürcüstanda "Torpedo Kutaisi" komandasına qarşı cavab oyununa çıxıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Kutaisidəki Ramaz Şengeliya stadionunda baş tutur.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın edir
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
UEFA Konfrans Liqası: "Zirə" rəqib meydanında ikinci qolu vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər