Nazir müavini: "IT SkillSprint" proqramını 120 tələbə uğurla bitirib"
Far.Az xəbər saytı

Nazir müavini: "IT SkillSprint" proqramını 120 tələbə uğurla bitirib"


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Ironhack" tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı "IT SkillSprint" layihəsinin ilk məzunları hazırlanıb.

"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov layihənin bağlanış və məzuniyyət mərasimində deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrinin 3-cü kursunda təhsil alan 120 tələbə təlimləri uğurla başa vuraraq məzun olub:

"IT SkillSprint" dövlət, universitet və özəl sektor əməkdaşlığının uğurlu nümunələrindən biridir. Layihə çərçivəsində dövlət qurumlarının institusional dəstəyi, ali təhsil müəssisələrinin akademik potensialı və beynəlxalq tərəfdaş "Ironhack" şirkətinin qlobal təcrübəsi vahid platformada birləşdirilib. Proqramın əsas üstünlüyü ali təhsil ilə əmək bazarı arasında əlaqəni gücləndirməsidir. Belə ki, iştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyərək müasir texnologiyalar üzrə praktiki bacarıqlar əldə edib, sənayenin real tələblərinə uyğun iş mühitini yaxından tanımaq imkanı qazanıblar".

R.Həsənov vurğulayıb ki, proqramın ilk mərhələsində 9 ali təhsil müəssisəsindən seçilmiş tələbələr 4 istiqamət üzrə 6 aylıq intensiv bootcamp təlimlərini uğurla tamamlayıblar:

"Bu hazırlıq onların əmək bazarına daha hazır mütəxəssis kimi çıxmasına, işəgötürənlərin ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə və ölkənin rəqəmsal insan kapitalının gücləndirilməsinə xidmət edir. Proqram çərçivəsində əldə olunan bilik və bacarıqlar məzunların peşəkar inkişafına, məşğulluq imkanlarının genişlənməsinə və Azərbaycanın rəqəmsal inkişafına mühüm töhfə verəcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər