İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
İsveçrə Avropa İttifaqının 21-ci sanksiyalar paketində nəzərdə tutulan bir sıra məhdudlaşdırıcı tədbirləri Rusiya və Belarusa qarşı tətbiq edib.
"Far.Az" xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının yaydığı bəyanatda bildirilib.
Qərara əsasən, 254 fiziki və hüquqi şəxs sanksiya siyahısına daxil edilib. Bundan başqa, üçüncü ölkələrdən olanlar da daxil olmaqla, 41 şirkətə qarşı ixrac nəzarəti tədbirləri sərtləşdirilib.
İsveçrə hakimiyyəti bir sıra təşkilatlarla, o cümlədən 33 Rusiya bankı ilə əməliyyatların aparılmasına da qadağa qoyub.
Sanksiya siyahılarındakı dəyişikliklər noyabrın 5-də Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək. Sektor məhdudiyyətləri də həmin gündən tətbiq olunmağa başlayacaq.
Eyni zamanda, Federal Şura altı fiziki şəxsi və bir şirkəti sanksiya siyahısından çıxarmaq qərarına gəlib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













