Rəşad Həsənov: "İRİA-nın təhsil layihələri ilə 10 minə yaxın İKT mütəxəssisi hazırlanıb"
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi müxtəlif təhsil təşəbbüsləri çərçivəsində bu günədək 10 minə yaxın məzun hazırlanıb.
"Far.Az" xəbər verir ki, bunu bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı olan "IT SkillSprint" layihəsinin bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, Agentliyin həyata keçirdiyi təhsil təşəbbüsləri təhsil, praktiki təcrübə və məşğulluq arasında davamlı əlaqənin qurulmasına yönəlib: "Məqsəd tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, real layihələrdə iştirak etməsi və əmək bazarına hazır mütəxəssis kimi formalaşmasıdır. Bu məqsədlə sənayenin ehtiyaclarına uyğun kadr hazırlığını təşviq edən "Hire and Train" modeli tətbiq edilir. Model çərçivəsində beynəlxalq texnologiya şirkətlərinin iştirakı ilə yerli mütəxəssislər hazırlanır və konkret layihələrə cəlb olunur".
R. Həsənov bildirib ki, həyata keçirilən layihələr ölkədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına, rəqəmsal bacarıqların inkişafına və əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına xidmət edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
-
Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - 1 saat keçib













