ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəqəmsal modernləşdirmə layihəsinin icrasına çəkilən xərclər 2025-ci ilin yekunlarına görə 6,163 milyon ABŞ dollarına çatıb.
"Report" ADB-yə istinadən xəbər verir ki, kredit sazişi çərçivəsində bunun 5,222 milyon dollar istifadə edilib, bunun da bir sıra müraciətlər üzrə birbaşa maliyyələşdirilməsi ümumilikdə 4,515 milyon dollar, əvəzi ödənilmiş xərclərin həcmi isə 707,15 min dollar təşkil edib.
Mövcud məlumatlara görə, Azərbaycan hökumətinin maliyyələşdirməsi isə 941,623 min dollara (o cümlədən 940,123 min dollar məbləğində əlavə dəyər vergisi üzrə xərclər) çatıb. Azərbaycanla ADB arasında 2025-ci il yanvarın 9-da 47 milyon dollarlıq kredit sazişi bağlanıb. ADY-nin rəqəmsallaşdırma proqramının ümumi dəyəri 55,46 milyon dollar həcmində qiymətləndirilir və bunun da 47 milyon dollarını ADB təqdim edir, qalan 8,46 milyon dollar isə Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi hesabına təmin edilir. Layihənin icrasının başa çatdırılması 2028-ci il iyunun 30-na nəzərdə tutulub.
Bu təşəbbüs ADY-nin hərtərəfli rəqəmsallaşdırılmasına və əsas biznes proseslərinin vahid məlumat idarəetmə platformasında birləşdirilməsinə yönəlib. Layihə yük daşımalarının, aktivlərin, investisiya planlaşdırmasının və tikintinin, kommersiya fəaliyyətinin idarə edilməsi sistemlərinin yaradılması və tətbiqi, həmçinin korporativ idarəetmə mexanizmlərinin modernləşdirilməsini özündə birləşdirir. Üstəlik, proqramla İT infrastrukturunun əhəmiyyətli dərəcədə gücləndirilməsi və şirkət əməkdaşlarının bacarıqlarının inkişafı nəzərdə tutulur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.01.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.07.2026)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













