Azərbaycan Güləş Federasiyası: "Giorgi Meşvildişvilinin zədəsi ciddi deyil, mundialı buraxmaq riski yoxdur"
Far.Az xəbər saytı

Azərbaycan Güləş Federasiyası: "Giorgi Meşvildişvilinin zədəsi ciddi deyil, mundialı buraxmaq riski yoxdur"


Azərbaycan Güləş Federasiyası Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin 1/4 final görüşündə zədə səbəbindən iştirak etməyən Giorgi Meşvildişvilinin (125 kq) sağlıq durumuna aydınlıq gətirib.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan 34 yaşlı yunan-Roma güləşçisinin hazırkı durumunun yaxşı olduğu bildirilib:

"Onun əvvəldən yüngül zədəsi var idi. Yarışın gedişində bir az ağrılar hiss edib. Zədəsinin ağırlaşmaması və riskə getməmək üçün 1/4 final qarşılaşmasında iştirak etməyib. Vəziyyəti yaxşıdır. Növbəti təlim-məşq toplanışına qatıla biləcək. İndiki durumda oktyabrda Astanada keçiriləcək dünya çempionatını buraxmaq riski yoxdur".

Xatırladaq ki, Giorgi Meşvildişvili son iki Avropa çempionatının qalibi, ötən il keçirilən İslam Həmrəyliyi Oyunlarının bürünc, mundialın gümüş mükafatçısıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər