Professor: "IT SkillSprint" məzunları rəqəmsal transformasiyaya ciddi töhfə verəcək"
Far.Az xəbər saytı

Professor: "IT SkillSprint" məzunları rəqəmsal transformasiyaya ciddi töhfə verəcək"


"IT SkillSprint" layihəsi çərçivəsində praktiki bacarıqlar qazanan tələbələr həm dövlət, həm də özəl sektorda rəqəmsal transformasiyanın sürətlənməsinə mühüm töhfə verəcəklər.

"Report" xəbər verir ki, bunu Bakı Mühəndislik Universitetinin İnformasiya və Kompüter Texnologiyaları fakültəsinin dekanı, professor Vaqif Qasımov layihənin bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, layihə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələrini bir platformada birləşdirərək onları süni intellekt, kibertəhlükəsizlik, data analitikası, veb proqramlaşdırma və digər müasir istiqamətlər üzrə hazırlayıb:

"Düşünürəm ki, bu layihənin ən mühüm üstünlüyü sırf praktiki təlimlərə əsaslanmasıdır. Universitetlərdə nəzəri biliklə yanaşı müəyyən praktik hazırlıq da verilir. Lakin bu cür beynəlxalq mütəxəssislərin iştirakı ilə təşkil olunan intensiv praktiki təlimlər tələbələrin peşəkar hazırlığına böyük dəstək olur. Bakı Mühəndislik Universitetindən proqramda iştirak edən 12 tələbə müxtəlif nominasiyalar üzrə birinci yerlərə layiq görülüb".

V.Qasımov hesab edir ki, hazırda proqram çərçivəsində iş təklifi alan 27 nəfər yalnız başlanğıcdır:

"Adətən belə təlimlər başa çatdıqdan sonra iştirakçılar daha çox iş təklifi alırlar. Hesab edirəm ki, bu proqramın məzunlarının böyük əksəriyyəti işlə təmin olunacaq. Proqram iştirakçıları praktik yönümlü təcrübə qazandıqları üçün gələcəkdə çalışacaqları dövlət və özəl qurumlarda yüksək əlavə dəyər yaradacaqlar. Bu gün ölkədə həm dövlət, həm də özəl sektorda belə ixtisaslı kadrlara ciddi ehtiyac var. Ona görə də hesab edirəm ki, bu layihə çox faydalıdır və gələcəkdə də davam etdirilməlidir".

Oxşar xəbərlər

FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər