Zelenskidən İlon Maska sərt mesaj: "Sənin buna haqqın yoxdur"
Far.Az xəbər saytı

Zelenskidən İlon Maska sərt mesaj: "Sənin buna haqqın yoxdur"


Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı iş adamı İlon Maskın Ukrayna və Avropanın gələcəyi ilə bağlı fikirlərinə etiraz edib. O, Maskın başqa ölkələrin siyasi proseslərinə müdaxilə etməsini yolverilməz hesab etdiyini bildirib.

Far.Az xəbər verir ki, Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində aparıcı Yan Böhmermannla söhbəti zamanı danışıb.

Ukrayna liderinin sözlərinə görə, Maskın sosial şəbəkələrdə Avropanın necə idarə olunmalı, Almaniyada kimin aparıcı rol oynamalı və Ukraynada hakimiyyətdə kimin təmsil olunmalı olduğu barədə fikirlər səsləndirməsi ciddi təsir gücünə malikdir.

Zelenski qeyd edib ki, dünyanın ən varlı şəxslərindən birinin açıqlamaları sadəcə şəxsi fikir səviyyəsində qalmır və ictimai-siyasi proseslərə təsir göstərə bilir.

O, Maskın başqa ölkənin vətəndaşı olduğunu xatırladaraq, Ukrayna və Avropanın siyasi gələcəyinə təsir göstərmək hüququnun olmadığını vurğulayıb.

Prezident, həmçinin amerikalı milyarderin Ukraynadakı müharibəyə münasibətindən narazılığını ifadə edib. Onun sözlərinə görə, Maskın Rusiya hərbçilərinə insani yanaşması da bəyənmədiyi məqamlardandır.

Zelenski böyük hakimiyyət və təsir imkanlarının bir varlı şəxsin əlində cəmləşməsini təhlükəli hesab etdiyini bildirib.

Xatırladaq ki, noyabrın 3-də Zelenski İlon Maskın onunla əlaqə saxlamamasından narazılığını ifadə etmiş və iş adamı ilə müxtəlif məsələləri müzakirə etmək istədiyini açıqlamışdı. O, eyni zamanda müxtəlif ölkələrin hazırda öz peyk rabitə sistemlərini hazırladığını bildirmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər