Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır
Naxçıvanda sabiq bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyənin adından torpaq icarəsi və satışı ilə bağlı bələdiyyə iclas qərarlarına bələdiyyə üzvlərinin adından imza etməsi, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiqləməsi və sonradan bu sənədlərdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar əldə edilib.
Zülfüqar Zülfüqarova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Culfa rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir













