Aynur Sofiyeva: Azərbaycanda elmi işçilərin 60 %-dən çoxunu qadınlar təşkil edir
Far.Az xəbər saytı

Aynur Sofiyeva: Azərbaycanda elmi işçilərin 60 %-dən çoxunu qadınlar təşkil edir


Azərbaycanda elmi fəaliyyətlə məşğul olan mütəxəssislərin 60 %-dən artığını qadınlar təşkil edir.

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Güclü cəmiyyətin zərif simaları" layihəsinin yekun konfransında keçirdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, göstəricilər keçən ilin statistik məlumatlarına istinad edilərək açıqlanır:

"Bundan əlavə, məşğul əhalinin 48,1 %-ni qadınlar təşkil edir. Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında qadınların iştirak nisbəti 50 %-dən yuxarıdır. Güclü dövlətin əsasında güclü cəmiyyət durur. Güclü cəmiyyət isə hər bir şəxsin öz potensialını həyata keçirə bildiyi şəraitdə yaranır. Məhz bu səbəbdən dayanıqlı inkişaf, insan kapitalının gücləndirilməsi, dəyərlərin mühafizəsi və hər kəs üçün bərabər imkanların formalaşdırılması birbaşa önəm daşıyır. Bu kontekstdə, cəmiyyətdə qadınlar və kişilər üçün bərabər hüquq və imkanların təmin olunması, qadınların həyatın bütün sahələrində öz potensiallarını reallaşdırması üçün institusional və sosial mühitin yaradılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir".

A.Sofiyeva həmçinin əlavə edib ki, qadınların əmək bazarında, eləcə də müxtəlif iqtisadi sahələrdə fəallığının artması müşahidə olunur:

"Xüsusilə qeyri-neft sektorunda qadınların iştirakının genişlənməsi diqqətəlayiqdir. Bütün bunlar dövlətin bu sahədə apardığı siyasətin konkret nəticələrini əks etdirir. Rəqəmlər bir daha sübut edir ki, məşğulluğun artırılması və gender bərabərliyinin təmin edilməsi qadınların iqtisadi imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynayır".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər