Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Far.Az xəbər saytı

Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb


Türkiyədə Bingöl baş prokurorluğunun koordinasiyası ilə vilayət polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən Bingöl mərkəzli olmaqla 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, əməliyyata 70 qrup, 3 xüsusi təyinatlı dəstə, 350 əməkdaş, 2 pilotsuz uçuş aparatı və 5 narkotik axtarış iti cəlb olunub. Ümumilikdə 35 ünvanda axtarış aparılıb.

Əməliyyat zamanı saxlanılan 27 şübhəlidən 3-ü polis idarəsindəki prosedurlardan sonra sərbəst buraxılıb. Məhkəməyə göndərilən 24 nəfərdən 4-ü barəsində polisin nəzarəti altında qalma qətimkan tədbiri seçilib, 20 nəfər isə həbs edilərək istintaq təcridxanasına göndərilib.

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər