Ombudsman bu ilin birinci yarısında 13 mindən çox zəng olunub
Far.Az xəbər saytı

Ombudsman bu ilin birinci yarısında 13 mindən çox zəng olunub


Ombudsmanın "916" Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub.

Bu barədə "Report"a Ombudsman aparatından məlumat verilib.

Bildirilib ki, ən çox müraciət iyun ayında (2 840), ən az isə yanvar ayında (1 768) qeydə alınıb.

İlk yarımildə "916" Çağrı Mərkəzinə ən çox "digər" kateqoriyası (3 462), aztəminatlı ailələr (1 617) və istehlakçılar (1 569) tərəfindən müraciətlər daxil olub. Əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.

Müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898) və aliment məsələləri (784) üstünlük təşkil edib.

Qurumlar üzrə müraciətlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumlar (2 308), TƏBİB (1 714), Ədliyyə orqanları (1 431), Daxili İşlər orqanları (984) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (935) ilk sıralarda yer alıb.

"916" Çağrı Mərkəzinə daxil olan zənglərin 12 102-si iş vaxtında, 1 622-si isə qeyri-iş vaxtında qəbul olunub ki, bu da vətəndaş müraciətlərinin əsas hissəsinin iş saatlarında daxil olduğunu göstərir. 2026-cı ilin birinci yarısı

Oxşar xəbərlər

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər