Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözlədiyini bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Tanınmış fotoqraf Reza Deghati Azərbaycanda itkin düşmüş şəxslərə həsr etdiyi kitabı mənə təqdim etməsinə görə ona minnətdarlığımı bildirirəm. Onun obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı bütün dünyaya çatdırılır.
Minalarla yanaşı, itkin düşmüş şəxslər də müharibənin ən ağır humanitar nəticələrindən biridir. Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkar edilib. Qalıqların çıxarılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Bununla belə, biz hələ də Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik. Həmçinin keçmiş təmas xətti boyunca 2020–2023-cü illərdə basdırılmış minaların xəritələrinin təqdim olunmasını gözləyirik. Həmin xəttin uzunluğu 440 kilometrdən çox, dərinliyi isə 2 kilometrdir. Bu minalar mülki şəxslərin ölümünə və xəsarət almasına səbəb olmaqda, eləcə də keçmiş məcburi köçkünlərin geri qayıtmasına mane olmaqda davam edir.
Bu, sırf humanitar məsələdir. Sözügedən məlumatların paylaşılması etimadın qurulması istiqamətində mühüm addım, keçid ədalətinin elementi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz doğmalarının taleyini bilməyə layiqdirlər.
Oxşar xəbərlər
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Yüksələn işıq": REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













