Təhsil eksperti Report Media Məktəbində: İxtisaslaşmaq şəxsi brendin ilkin təməlidir
Far.Az xəbər saytı

Təhsil eksperti Report Media Məktəbində: İxtisaslaşmaq şəxsi brendin ilkin təməlidir


Şəxsi brendin ilkin təməli insanın ixtisaslaşması və müəyyən sahə üzrə inkişaf etməsi ilə formalaşır.

"Far.Az" xəbər verir ki, bu fikirləri jurnalist, təhsil eksperti, rəqəmsal media və reklam strategiyaları üzrə mütəxəssis Mürsəl Əliyev Far.Az Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə səsləndirib.

Təhsil eksperti qeyd edib ki, şəxsi brend anlayışı əzəldən mövcud olub:

"Şəxsi brend yaratmaq ideyası yeni yaranmayıb, əvvəllər də olub, lakin bunun reallaşması dövrə uyğun dəyişib. Ötən əsrin şəxsi brend nümunələri kimi kitabları göstərmək yerinə düşərdi. Sosial şəbəkədə paylaşım etmək əvəzinə o zaman insanlar əsər yazıb gündəmə gəlirdilər".

Mütəxəssis uğurun təsadüf olmadığını, davamlı fəaliyyət və düzgün strategiyanın vacibliyini də qeyd edib.

"Elə insanlar var ki, seçdiyi sahə üçün şəxsi brenddən istifadə edir. Nəticədə bu yolu tutan şəxs müəyyən çevrəni ətrafına toplayır. Hədəf auditoriyasının düzgün seçilməsi şəxsi brendin əsas elementlərindən biridir. Hazırlanacaq məzmun konkret insanların maraq və ehtiyacına uyğun olmalıdır. Güclü şəxsi brend peşəkar karyeranın, yeni əməkdaşlığın qurulmasına və digərlərinin etibarının qazanılmasına imkan yaradır", - M.Əliyev bildirib.

Mürsəl Əliyev 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini 2009-cu ildə bitirib.

Mediada jurnalist kimi fəaliyyətə hələ tələbəlik dövründən başlayıb. Müxtəlif illərdə "First News", "Turan", "Trend" İnformasiya Agentliklərində çalışıb. Peşəkar fəaliyyəti boyu sosial, beynəlxalq siyasət, təhsil və informasiya texnologiyaları mövzularında məqalə və analitik yazılar hazırlayıb.

2012-ci ildən yutub platformasında texnologiya və təhsil mövzularına həsr olunmuş videobloq fəaliyyəti ilə məşğuldur.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər