Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Türkiyə və Azərbaycan müdafiə sənayesi texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə əməkdaşlığı doktorantura proqramları ilə genişləndirəcək.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar bildirib.
O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Antalyaya səfəri zamanı iki ölkə arasında ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlığın perspektivlərindən danışıb.
Erol Özvar Türkiyə ilə Azərbaycan arasında tələbə və müəllim mübadiləsindən birgə elmi araşdırmalara, gənc alimlərin hazırlanmasından Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə qədər geniş əməkdaşlıq modelinin formalaşdığını bildirib. O, bu tərəfdaşlığın dünyaya nümunə ola biləcəyini vurğulayıb.
O əlavə edib ki, Türkiyə və Azərbaycan arasında akademik əməkdaşlıq gələcəkdə strateji sahələrdə daha da dərinləşdiriləcək.
Şura sədri Bakıdakı Türkiyə-Azərbaycan Universitetinin iki ölkənin ali təhsil sahəsində tərəfdaşlığının konkret nümunəsi olduğunu da vurğulayıb. Onun sözlərinə görə, universitetdə üç Türkiyə ali təhsil müəssisəsinin proqramları əsasında azərbaycanlı gənclər təhsil alırlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













