Bakıda azyaşlı bacı-qardaş evdən qaçıbmış - TÜKÜRPƏDƏN DETALLAR üzə çıxdı
Far.Az xəbər saytı

Bakıda azyaşlı bacı-qardaş evdən qaçıbmış - TÜKÜRPƏDƏN DETALLAR üzə çıxdı


Bakıda itkin düşən 2015-ci il və və 2018-ci il təvəllüdlü bacı-qardaş tapılıb.

Far.Az xəbər verir ki, bununla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, azyaşlılar yeri Xətai rayonu, Zığ şosesi ərazisində müəyyən edilib.

Məlum olub ki, bacı-qardaş uzun müddət ailədaxili zorakılığın qurbanı olub. Uşaqlar, anaları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını, atalarının isə spirtli içki qəbul etdikdən sonra onlara işgəncə verdiyini deyib.

Onun sözlərinə görə, bacı-qardaş yaşadıqları evdən qaçmağı əvvəlcədən planlaşdırıb. Axşam saatlarında evdən çıxan uşaqlar uzun müddət çimə bilmədiklərini deyərək dəniz sahilinə yollanıblar. Onlar gecəni də sahildə keçiriblər.

Səhər saatlarında isə taksi sürücülərindən birinə yaxınlaşaraq onları bibisinin gözlədiyini bildiriblər. Lakin azyaşlıların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. Sürücü onları birbaşa polis şöbəsinə aparıb və bundan sonra hadisənin təfərrüatı üzə çıxıb.

Mehriban Zeynalova vurğulayıb ki, uşaqların bədənlərində çoxsaylı yara, saçlarında isə yanıq izləri aşkar edilib. Daha sonra onlar sığınacağa yerləşdirilib və hər iki uşaq məhkəmə-tibbi ekspertizadan keçirilib. Uşaqlar hazırda özlərini təhlükəsiz hiss edirlər. Onlarla söhbət zamanı azyaşlılardan biri uşaqlıqdan ən böyük arzusunun həm özünün, həm də bacısının arzularının gerçəkləşməsi olduğunu deyib.

Son olaraq qeyd olunub ki, ana rəsmi qaydada hər iki övladından imtina edib.

***11:39

Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.

Far.Az report-a istinadən xəbər verir ki, Xətai rayonu, Zığ şosesi, 22 ünvanında yaşayan azyaşlılar – 2015-ci il təvəllüdlü Abbasov İbrahim Məhəmməd oğlu və 2018-ci il təvəllüdlü Abbasova Sədaqət Məhəmməd qızının həmin gün evdən çıxıb geri qayıtmayıblar.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər var - Tükürpədən GÖRÜNTÜLƏR
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər