Kürdəmirdə iki yük maşını toqquşub, mallar yola dağılıb
Far.Az xəbər saytı

Kürdəmirdə iki yük maşını toqquşub, mallar yola dağılıb


Kürdəmirdə iki iritutumlu yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az "Report"a istinadən xəbər verir ki, qəza Bakı–Qazax magistral avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı İsmət Kartalın idarə etdiyi "Mercedes" markalı yük avtomobili qarşıda hərəkətdə olan, Yevlax rayon sakini Pərvin Abdullayevin idarə etdiyi eyni markalı yük maşınına çırpılıb.

Toqquşma nəticəsində yük avtomobillərindən biri aşıb, nəqliyyat vasitəsindəki yüklər yola dağılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Kürdəmirdə iki yük maşını toqquşub, yüklər yola dağılıb
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər