İspaniya DÇ-2026-nın qalibi oldu
Far.Az xəbər saytı

İspaniya DÇ-2026-nın qalibi oldu


ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.

Far.Az xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtında qapılara hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə Arəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.

***01:52

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda hesab açılıb.

Far.Az xəbər verir ki, İspaniya ilk qola sevinib.

105-ci dəqiqədə Fernan Torres qapını dəqiq nişan alıb.

***01:22

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda əsas vaxt başa çatıb.

Far.Az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapılara qol vurulmayıb - 0:0.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Əgər burada da qələbə qazanan tərəf olmasa penaltilər seriyasına ehtiyac duyulacaq.

Argentina seçməsi qarşılaşmanı 10 nəfərlə davam etdirir. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.

***00:25

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda ikinci hissə başlayıb.

Far.Az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapıları qol vurulmayıb - 0:0.

***23:58

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyununda ilk hissə bitib.

Far.Az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final matçında qapıları qol vurulmayıb.

***23:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatının final qarşılaşması başlayıb.

Far.Az xəbər verir ki,Nyu-Yorkdakı "MetLayf" stadionunda keçirilən həlledici oyunda son dünya çempionu Argentina millisi İspaniya yığması ilə üz-üzə gəlir.

Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

***16:50

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Far.Az xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq.

Nyu-York şəhərindəki "MetLayf" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Oxşar xəbərlər

DÇ-2026-nın final oyununda əsas vaxt başa çatıb
DÇ-2026-nın final oyununda ikinci hissə başlayıb
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
DÇ-2026: Argentina - İspaniya final oyunu start götürdü
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər