Naxçıvanda Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib
Naxçıvan Şahmat Mərkəzində 20 İyul – Beynəlxalq Şahmat Gününə həsr olunmuş şahmat üzrə tempo turnir keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan yarışda müxtəlif yaş qrupları üzrə ümumilikdə 62 iştirakçı medallar uğrunda mübarizə aparıb.
Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.
Nəticələrə əsasən, Hüseyn Qənbərli 6,5 xalla turnirin qalibi olub. Aktivində 6 xalı olan digər iki şahmatçıdan əmsal əsas götürülməklə Rəvan Məmmədov ikinci, Fərəməz Quliyev isə üçüncü yerə layiq görülüblər.
Ələkbər Ələkbərli (14 yaş), Oğuz Qəribli (12 yaş), Uğur Qəribli (10 yaş), Tuncay Behbudlu (8 yaş) yaş kateqoriyaları, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən iştirakçılar təltif olunublar.
Turnirin keçirilməsində məqsəd Beynəlxalq Şahmat Gününü qeyd etməklə yanaşı, şahmatçılar arasında rəqabət mühitinin formalaşdırılması və yarış təcrübəsinin artırılması olub.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı













