Salyanda baş verən qəzada ölənlərin sayı dörd nəfərə çatıb - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Salyanda baş verən qəzada ölənlərin sayı dörd nəfərə çatıb - YENİLƏNİB-3


Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.

"Report"un Aran bürosu xəbər verir ki, qəzada xəsarət alan rayonun Şorsulu kənd sakini Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Salyanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, ölənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, 1987-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu və 1963-cü il təvəllüdlü Qasımov Nizami Həsənağa oğludur.

Yaralılar 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızı və 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğludur.

Salyanda baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb.

"Report" Aran bürosu xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya çatdırılan yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.

Daha əvvəl iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.

"Report" Aran bürosu xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Salyanda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər