"Neftçi"nin kapitanı Emin Mahmudov: "Dinamo" ilə matçda yaxşı oyun sərgiləməliyik"
"Neftçi" "Dinamo" ilə oyunda yaxşı oyun sərgiləməlidir.
"Far.Az"un məlumatına görə, bu barədə "Neftçi"nin kapitanı Emin Mahmudov mətbuat konfransında deyib.
Yarımmüdafiəçi Bakıda Belarusun "Dinamo" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Biz avrokuboklarda iştirakı planlaşdırmırdıq. Matça yaxşı hazırlaşmışıq. Yaxşı oyun göstərməliyik".
E.Mahmumov "ağ-qaralar"ın hədəfləri barədə danışıb:
"Klubun 90 yaşı olur. Buna görə motivasiyalıyıq. Növbəti rəqibi düşünmürük. "Dinamo" ilə görüşə köklənmişik. Bu mərhələni keçəndən sonra növbəti komanda haqqında fikirləşəcəyik".
Təcrübəli oyunçu komandada ab-havanın yaxşı olduğunu vurğulayıb:
"Ötən illərdə də qrupa düşmək şansımız olub. Amma alınmayıb. Bəxtsizlik olub. İnanıram ki, bu mövsüm daha yaxşı nəticə göstərməliyik".
Kapitan azarkeşlərin dəstəyinin onlara əlavə motivasiya verdiyini söyləyib:
"Fanatlar mövsüm ərzində yanımızda olurlar. Matçlarda əlimizdən gələni etməli və onları sevindirməliyik. Açıq məşqdə də bizə möhtəşəm dəstək oldular".
Futbolçu heyətdə çox dəyişiklik olmadığını vurğulayıb:
"Hazırda komandada sabitlik görürəm. Yeni transferlər də olacaq. Məncə, daha yaxşı nəticələr qazanacağıq".
Xatırladaq ki, "Neftçi" - "Dinamo" matçı iyulun 22-də, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq. Cavab görüşü iyulun 30-da keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU













