Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Far.Az xəbər saytı

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb


Bu il oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 789,6 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 % çox, ilin əvvəli ilə müqayisədə 12,1 % çox, ötən il oktyabrın 1-nə nisbətən isə 12,2 % çoxdur.

Depozit portfelinin 50,3 %-i, yaxud 23 milyard 536,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 19,3 % artaraq 18 milyard 840,2 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 19,5 % artaraq 4 milyard 413,2 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 25 milyard 359,9 milyon manatı (1 il əvvələ nisbətən 13,2 % çox) qısamüddətli, 21 milyard 429,8 milyon manatı (+11,05 %) isə uzunmüddətli olub.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.06.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.04.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.04.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.04.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər