Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Finlandiya təmsilçisi "KuPS"la matçda qol fürsətlərini boşa xərclədikləri üçün məyusdur.
"Report"un məlumatına görə, bu barədə "bayquşlar"ın çalışdırıcısı mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Finlandiya təmsilçisi "KuPS"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. Bu, çox möhtəşəm duyğudur. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Lakin bir az məyusam. Çünki bir çox qol fürsətlərini boşa verdik. Hər iki hissədə üstün oynadıq. Qarşılaşmanın son anlarında da bizim bəxtimiz gətirdi. Rəqib az qala hesabı bərabərləşdirəcəkdi. İndi bizi səfərdə çətin cavab görüşü gözləyir. Bu gün yararlana bilmədiyimiz qol fürsətlərindən səfərdə maksimum istifadə edəcəyik".
O, Aron Maludanın meydana çıxmamasının səbəbindən danışıb:
"Adətən mən meydana ən uyğun ilk "11-liy"i buraxıram. Düşünürəm ki, Maluda "KuPS"la oyuna tam hazır deyildi. Yəqin ki, qarşıdakı görüşlərə hazır olacağı təqdirdə onu meydanda görə bilərik".
Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU













