Pərvin Piriyev: "Hər kəs Bakıdakı idman bayramının bir parçası olmağı arzulayır"
"Sevindirici haldır ki, bu dünya çempionatında son 20 ilin iştirakçı rekordu qırılıb".
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) Baş katibi Pərvin Piriyev güləş üzrə milli komandanın açıq məşqçi zamanı deyib.
O bildirib ki, bu, dövlətimizin beynəlxalq arenada qazandığı uğurlu reputasiyanın nəticəsidir:
"Hər kəs Bakını görmək istəyir, hər kəs Bakıdakı idman bayramının bir parçası olmağı arzulayır. Siz bizim üçün doğmasınız. Bizim üçün sizin döyüşkən ruhlu olmağınız əsasdır. Sizdən gözləntimiz uğurdan savayı sona qədər döyüşməkdir. Bu gün siz xoşbəxtsiniz ki, məşqçiləriniz Rafiq Hüseynov, Hacı Əliyev, eyni zamanda Mariya Stadnikdir. Rahat olun, məğlub olacağıqsa, birlikdə olacağıq, qalib gələcəyiksə, birlikdə bunu qeyd edəcəyik. Məğlub olub başınızı heç vaxt aşağı salmayın. Biz güləş ölkəsiyik. Biz o vaxt güclüyük ki, dostlarımızın qələbəsinə sevinək. Tribunaya gəlib komandamızın yanında olaq".
Qeyd edək ki, güləş üzrə U17 Dünya çempionatı 27 iyul - 2 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













