Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir.
Bu barədə "Far.Az"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.
Məlumata əsasən, ümumi uzunluğu 23 kilometr (km) olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi məhsuldarlığı gün ərzində 100 000 kubmetr olan tullantı sutəmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək:
"Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Lökbatan tullantı sutəmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək".
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikinti layihəsinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.
Qeyd edilib ki, bu layihə çərçivəsində nasos stansiya, incə barmaqlıq, kobud barmaqlıq, qumtutucu, yağtutucu, biofosfor, havalandırma, son durulducu hovuzları, disk filtrlər, UVE qurğusu tikiləcək:
"Sonda çirkab su UVE qurğusundan keçərək bütün zərərli bakteriyalar zərərsizləşdiriləndən sonra dənizə yönləndiriləcək. Bu işlərin davamı olaraq dənizdə diametri 1600 millimetr, uzunluğu 2,7 km olan metal borular quraşdırılacaq. Qurğunun ərazisində enerji mərkəzi tikiləcək, ərazidə 6 kilovotluq şəbəkə yaradılacaq. Bir sözlə, təmizləyici qurğu ən müasir standartlara cavab verəcək".
Hazırda qum və yağtutucu qurğusunda pərdə divarlarının armatur və qəlib işləri görülür. Biofosfor hovuzu qurğusunun armatur, havalandırma hovuzu qurğusunda svay bünövrə, temperatur tikişlərində izolyasia işləri həyata keçirilir. İnzibati binanın hörgü işləri də hazırda davam etdirilir.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 50 %-i icra olunub.
Bu layihə Bakı şəhərinin kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan ən mühüm layihələrdən biridir. Layihənin başa çatdırılması tullantı sularının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə, ekoloji təhlükəsizliyin gücləndirilməsinə, əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək sutəmizləyici qurğu tullantı sularının ekoloji standartlara uyğun təmizlənməsini təmin edəcək.
Oxşar xəbərlər
Müşviqabad hövzəsində sutəmizləyici qurğu tikilir
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Bakının yağış suyu problemi bu illərdə həll ediləcək - LAYİHƏLƏR İCRA OLUNUR
Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub













