Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
Far.Az xəbər saytı

Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib


Azərbaycan və BP şirkəti arasında birgə enerji layihələrinin inkişafı müzakirə edilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovun BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycanla BP arasında uzunmüddətli strateji tərəfdaşlığın inkişafı, neft-qaz, yaşıl enerji layihələrinin icrası və yeni əməkdaşlıq imkanları müzakirə edilib.

C. Kristofoli Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın regional enerji qovşağına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti vurğulanıb. Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı, gələcəkdə bu əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın inkişafı və dərin qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz" layihəsi çərçivəsində görülən işlər, o cümlədən kompressiya layihəsinin icrası, eləcə də "Qarabağ" yatağının işlənilməsi üzrə gələcək addımlar müzakirə edilib. Həmçinin bp-nin istehsalat obyektlərinin elektrik enerjisi ilə təchizatı perspektivi diqqət mərkəzində olub.

Söhbət zamanı enerji təhlükəsizliyi, neft-qaz hasilatı və bərpa olunan enerji sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Azərbaycan və BP şirkəti arasında birgə enerji layihələrinin inkişafı müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.

P. Şahbazov qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz" və "Qarabağ" layihələrinin inkişafı, BP-nin enerji infrastrukturunun elektrikləşdirilməsi, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər