Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı nəticə qazanmağa çalışacağıq"
"Qarabağ" ÇSKA ilə cavab oyununda daha yaxşı nəticə əldə etməyə çalışacaq.
"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ÇSKA-ya (Sofiya) qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
"Görüş gözlədiyimiz kimi ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçdi. Qarşımızda kifayət qədər güclü, xüsusilə də ikili mübarizələrdə üstün təsir bağışlayan rəqib var idi. Buna görə də oyun baxımlılıqdan çox taktiki mübarizə üzərində quruldu. Bununla yanaşı, bu qarşılaşma hər iki komandanın bir-birini daha yaxından öyrənməsi baxımından əhəmiyyət daşıyırdı".
O, ÇSKA-nın müxtəlif taktiki sxemlərə uyğun oynamağı bacaran komanda olduğunu vurğulayıb:
"Bu da bizə müəyyən çətinliklər yaratdı. Belə rəqiblə üz-üzə gəlmək bizim üçün faydalı təcrübə oldu. Qarşılaşmada yol verdiyimiz səhvlər olsa da, futbolçular oyunun tempini qoruyub saxlaya bildilər. Düşünürəm ki, cavab matçı daha maraqlı və fərqli məcrada keçəcək. Həmin görüşdə hər detal üzərində daha ciddi işləmək və daha doğru qərarlar qəbul etmək lazım gələcək".
Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2













