Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsinin icrası nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, heyvandarlıq, bağçılıq və istixana sahələrinə sahibkarlar tərəfindən ciddi maraq mövcuddur: "Məsələn, azad olunmuş ərazilərdə istixana layihəsinin sənaye üsulu ilə bir zonada həyata keçirilməsi nəzərdə tutulur və buna sahibkarlar tərəfindən maraq göstərilib. Bunun da daha çox genişləndirilməsi nəzərdə tutulur".
Nazir əlavə edib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan hədəflərə nail olunacaq: "Eyni zamanda, müasir suvarma istiqaməti ilə bağlı bir məqama toxunmaq istərdim. 2025-ci ilin sonunda ölkə ərazisində müasir suvarmanın olduğu 130 min hektar var idi. Artıq bu göstərici 155 min hektardan artıqdır".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır"













