Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
Far.Az xəbər saytı

Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb


Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu ölkəyə çatdırılıb.

"Far.Az"un Şərqi Avropa bürosu xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Təhvilvermə mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev, səfirliyin əməkdaşı Pərviz Əsədov, Ukrayna Energetika Nazirliyinin xarici əlaqələr departamentinin rəhbəri Aleksandr Boqdanets iştirak edib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 1,5 milyon dollar ( 2,5 milyon manat) Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqlarıdır.

Humanitar yükün tərkibinə 9 transformator, 186 km kabel və 12 kV-luq paylayıcı avadanlıq daxildir.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər