SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin "Tomahawk" raketini məhv edib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Kirman vilayətinin Kəhnuc rayonunda Amerikanın "Tomahawk" raketi məhv edilib", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, bu əməliyyat ölkənin hava məkanının daimi monitorinqi çərçivəsində və bu bölgədə yerləşdirilmiş raket bölmələrinin operativ reaksiyası ilə həyata keçirilib.
Bundan başqa, İranın Küveytdəki "Əli əs-Salim" bazasına pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumu, həmçinin bu bazada yerləşən "Patriot" hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə məlumat yayılıb. Küveyt quru qoşunlarının qərargahı da hücuma məruz qalıb.
Xatırladaq ki, ABŞ ordusunun Qeşm adasındakı Məsnən kəndinə raket hücumu etdiyi barədə də məlumat yayılıb.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













