Azərbaycan Avropa Siyasi Birliyinin sammitinə evsahibliyi edəcək
Bu gün İrlandiyanın paytaxtı Dublində Avropanın siyasi gündəmini müəyyənləşdirən mühüm beynəlxalq tədbir - Avropa Siyasi Birliyinin 9-cu Sammiti keçirilir.
Təxminən 50 dövlət və hökumət başçısını, eləcə də aparıcı Avropa və beynəlxalq institutlarının rəhbərlərini bir araya gətirən sammitin builki mövzusu "Avropa: güclü, təhlükəsiz və əlaqəli" adlanır.
İştirakçılar iki əsas istiqamət üzrə müzakirələr aparacaqlar. İlk dəyirmi masada Avropanın rəqabət qabiliyyətliliyinin artırılması, innovasiyalar, nəqliyyat bağlantıları və əlçatan enerji məsələləri diqqət mərkəzində olacaq. Digər müzakirə isə Avropanın təhlükəsizliyi və müdafiəsinə həsr ediləcək.
Bu çərçivədə Rusiya-Ukrayna müharibəsi, eləcə də hibrid və kibertəhdidlər əsas müzakirə mövzuları sırasındadır. Azərbaycan bu nüfuzlu platformada fəal iştirak edən ölkələrdəndir.
Prezident İlham Əliyevin əvvəlki sammitlərdə iştirakı və keçirdiyi yüksəksəviyyəli görüşlər ölkəmizin Avropa siyasi məkanındakı mövqeyinin təqdim edilməsi baxımından əhəmiyyət daşıyır. Xüsusilə, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları Azərbaycanın Avropa ilə əməkdaşlığının əsas sütunlarını təşkil edir. Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər dənizi üzərindən inkişaf etdirilən nəqliyyat marşrutları bu tərəfdaşlığın real göstəriciləridir.
Dublin sammiti Azərbaycan üçün təkcə cari müzakirələrdə iştirak baxımından deyil, həm də perspektivlərə görə xüsusi önəm kəsb edir. Belə ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin 12-ci Sammitinə məhz Bakı şəhəri evsahibliyi edəcək. Bu qərar ölkəmizə göstərilən beynəlxalq etimadın, Azərbaycanın artan diplomatik nüfuzunun və Avropa ilə siyasi dialoqdakı strateji rolunun bariz göstəricisidir.
Beləliklə, Dublin sammiti həm Avropanın gələcək təhlükəsizlik və iqtisadi prioritetlərinin müəyyənləşdirilməsi, həm də Azərbaycanın 2028-ci ildə evsahibliyi edəcəyi mötəbər siyasi tədbirə hazırlıq baxımından böyük maraqla izlənilir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













